“WhatsApp”da narazılıq yaradan funksiya ləğv olunur

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” bir neçə gün əvvəl təqdim etdiyi “Story” funksiyasını ləğv edə bilər

Milli.Az “gazetevatan”a istinadla bildirir ki, ciddi narazılığa səbəb olan funksiya başqası ilə əvəz oluna bilər.

“WABetaInfo”nun yaydığı məlumata görə, “WhatsApp” yaxın günlərdə “Story” funksiyasını ləğv edib, əvəzinə “Tagline” funskiyasını aktivləşdirəcək.