Türkiyədə daha bir terror –Dəmiryolu xətti partladıldı, yük qatarı aşdı (FOTO)

0
1
Türkiyənin Diyarbəkir şəhərində daha bir terror hadisəsi baş verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Sur rayonunda dəmiryol xəttinə yerləşdirilən bombanın partladılması zamanı yük qatarı aşıb: “Hadisə zamanı ölən və yaralanan olmasa da, yük qatarını 10 vaqonu aşıb, böyük maddi zərər var”.

Hadisəni PKK və ya digər terror təşkilatlarından hansının törətdiyi rəsmi açıqlanmasa da, ilkin ehtimala görə, bu hadisəni də PKK terroristlərə həyata keçirib.