Yazda hər bir insan qış ərzində yığdığı kilolardan tez bir zamanda azad olmaq istəyir. Buna pəhrizdə müəyyən dəyişikliklər etməklə, fiziki hərəkətliliyini artırmaqla nail olmaq mümkündür.
Sizə bu işdə kömək edəcək 5 içkinin reseptini təqdim edirik. Bütün bu içkilər metabolik prosesləri sürətləndirərək arıqlamağa yardım edir.
1. Məşhur SASSİ SUYU
2 l təmiz suya nazik doğranmış 1 ədəd qabıqlı limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.
Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün istifadə olunur. Kurs 1-2 həftə davam edir.
2. Zəncəfilli çay
3-4 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir. Sonra süzülür və ilıq halda içilir. İçkiyə bir az bal əlavə edə bilərsiniz.
3. Yaşıl çay
Gün ərzində 3-4 fincan içmək olar.
4. Darçınlı qatıq
1 stəkan təzə qatığa 1/3 çay qaşığı üyüdülmüş darçın əlavə edin, qarışdırın və gün ərzində 1 dəfə yeməkdən əvvəl için.
5. Limonlu su
1 stəkan ilıq suya 1 ç.q. limon şirəsi əlavə olunur, yeməkdən əvvəl içilir.