36 diplomat ailələri ilə birgə Berlinə sığındı –Türkiyə diplomatiyasına şok

0
3
Almaniya Daxili İşlər Nazirliyi bu gün Türkiyə ilə bağlı sensasion fakt açıqlayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir deputatın sorğusuna Almaniya Daxili İşlər Nazirliyi yazılı cavab verib:

“Həmin cavabda bildirilib ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra 136 türk diplomatı ailələri ilə birlikdə Almaniyaya sığınmaq üçün rəsmi müraciət edib. Hazırda bu müraciətlər tərəfimizdən detallı şəkildə araşdırılır”.

Məlumatda diplomatik pasport sahibi olan həmin 136 nəfərin neçəsinin diplomat, neçəsinin isə NATO bazalarında qulluq etdikləri açıqlanmayıb.