Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub –FOTO

0
5
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti ilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Abu-Dabi şəhərində keçirilən “IDEX-2017” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün 18-19 fevral 2017-ci il tarixlərində bu ölkədə işgüzar səfərdə olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti, əvvəlcə, Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunub.

Sonra sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilmiş, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.