Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ilə bağlı pis xəbər gəldi.
Rejissorun xanımı Səbinə Zəkizadə Axşam.az-a açıqlamasında bildirib ki, Şahini aparatlardan ayırıblar:
“Beyni sönüb, artıq aparatdan ayırıblar. Şahin can verir (ağlayır). Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim, indilərdə yəqin ki, gətirəcəklər. Onun öldüyünü deməyə dilim gəlmir”.
Allah rəhmət eləsin!