Prezidentlər arasında gərginlik: “Anastasiadis qapını çırpıb, otağı tərk etdi”- Kipr böhranı dərinləşdi

0
7
BMT-nin vastəçilyi ilə aparılan Kipr probleminin həlli ilə bağlı danışıqlarda ciddi qalmaqal yaranıb.

Strateq.az xəbər verir ki, bu gün Kiprin türk və yünan tərəflərinin prezidentləri bir araya gəliblər. Lakin gözlənilmədən danışıqlar masasında gərginliyin hərarəti artıb və Yunan Kiprinin prezidenti Anastasiadis əsəbi formada qəfil ayağa qalxaraq, otağı tərk edib:

Kipr Türk Cumhuriyəti (KKTC) prezidenti Mustafa Akıncı olayla bağlı açıqlama verib.

O deyib ki, bir saat sürən müzakirə zamanı Nikos Anastasiadis həddən artıq əsəbi vəziyyətdə “Söyləyəcək bir şeyim yoxdur” deyərək, otağın qapısını sərt formada vuraraq, danışıqları yarımçıq kəsib: “Bundan sonra danışıqları davam etdirmək üçün hər hansı bir zəmin qalmadı”.

Akıncı yunan lderinin keçmişdə də belə bir davranış sərgilədiyini deyib. Əlavə edib ki,“Buna dözmək mümkün deyil. Bizim üçün ən vacib məsələ danışıqların davam etdirilməsi, bir-birimizə bu zaman sayğı göstərmək idi. Bu sayğı olmadığı təqdirdə isə, görüşmələrin davam etməsi mümkünsüzdür. İndi çırpıb getdiyi qapını yenidən açmaq, öz əllərindədir. Daha bizlik bir şey qalmadı”.