Bakının əsas avtomobil yollarında sürət həddi aşağı salınıb.
APA xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti – Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsi – Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.