Bakıda intihar hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə fevralın 14-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Musa oğlu İbrahimov küçəsi, 41 ünvanında, yaşadığı binanın həyətində özünü asaraq intihar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.