Türkiyənin Aydın bölgəsində evdə partlayış baş verib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həyat yoldaşına səhər yeməyi hazırlamaq üçün tezdən oyanan Leyla Ertaş qazı yandırmaq istədikdə evdə partlayış baş verib. Evin divarları tamamilə uçub. Partlayışdan sonra baş verən yanğında 3 ildir ki, ailə həyatı quran Leyla Ertaş (21) və Hasan Ertaş (24) 1 yaşlı övladı ilə faciləli şəkildə yanıb. Hamilə olduğu deyilən qadın övladı ilə birlikdə yanğından çıxarılaraq xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır olan cütlük İstanbuldakı xəstəxanaya aparılıb.Yıxılan divarların altından anası yanan 8 ədəd balaca it balaları da çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Ailə faciəsinə səbəb isə mətbəxdə istifadə olunan qaz balonunun şlanqının siçanlar tərəfindən gəmirilməsi olub. Qaz sızdığından evdə partlayış baş verib.