Sərhədsiz Reportyorlar Birliyi:”ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir”

0
8
 ABŞ-da 2014-cü ilin avqustundan indiyədək 20 jurnalist həbs edilib.

Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat yayıb.

Qurum hazırda ABŞ-da mətbuat azadlığının təhlükə altında olduğunu iddia edir:

“ABŞ-da mətbuat azadlığı bizim düşündüyümüzdən daha da dəhşətlidir. Bir həftə öncə – fevralın 1-də Dakota Birləşdirici Boru Kəmirinə (Dakota Access Pipeline) qarşı keçirilən etirazları işıqlandıran jurnalist Cenni Monet həbs edildi. O, zaminə buraxılsa da, müəyyən təzyiqlərlə üz-üzədir”.

RSF-nin açıqlamasında xatırladılıb ki, tanınmış amerikalı filmmeyker Deya Şlosberq (Deia Schlosberg) 45 il müddətinə həbs edilib: “Ami Qudmən isə (Amy Goodman) 2016-cı ilin sentyabrında Şimali Dakotadakı Morton əyalətindəki etirazları işıqlandırarkən həs edilib”.  /Report.az