Avropa Ittifaqı Rusiyaya qarşı sanksiyaları aradan qaldırmayacaq.
Bu barədə “Azadlıq” radiosuna Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan bildirib.
“Mən Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün əsas görmürəm. Sanksiyaların aradan qaldırılması Moskvanın Minsk razılaşmalarının şərtlərini yerinə yetirməsindən asılıdır. Sanksiyalar beynəlxalq qanunvericiliyin pozulmasına görə tətbiq edilib, vəziyyət isə dəyişməyib”, deyə Y.Han vurğulayıb.