Sabiq CIA təmsilçisi:”Türkiyə ordusundan xaric edilənlər NATO-ya sadiq zabitlər idi”

0
5
“Voice of America” (“Amerikanın Səsi”) radiostansiyasının məlumatına görə, CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) sabiq müşaviri, Vudro Vilson Mərkəzi Yaxın Şərq Proqramlarının direktoru Henri Barki Vaşinqtondakı bir yığıncaqda Türkiyə ordusunda “təmizləmələr”in nəticələrindən danışıb.

Strateq.az xəbər verir ki, H.Barkinin sözlərinə görə, Türkiyənin Suriya böhranında güddüyü strateji məqsəd artıq Bəşər Əsədin hakimiyyətdən getməsi deyil, PKK kimi terror təşkilatı saydığı YPG-nin zəiflədilməsidir. Amma YPG məsələsində ABŞ və Türkiyənin maraqları bir-birinə əks olduğundan rəsmi Ankara Rusiya ilə yaxınlaşır.

“Türkiyənin bu mərhələdə NATO-da ayrılmasını mümkün görmürəm”, – deyən H.Barki Türkiyə ilə NATO arasında Suriyadakı əməliyyatlar üzündən gərginlik olduğunu dilə gətirib.

Sabiq müşavirin iddiasına görə, Türkiyə ilə NATO arasındakı əsl problem 2016-cı ilin 15 iyul hərbi çevrilişi cəhdindən sonra 100-dən çox generalın Türkiyə ordusundan xaric edilməsidir. “Ordudakı rəhbər kadrların 46 faizini təşkil etmiş bu general və admirallar NATO-ya inanan zabitlər idi. Ancaq indi onların yerlərinə gələnlər daha milliyyətçidir. Bu, Türkiyə ilə NATO əlaqələri baxımından təhlükəli vəziyyətdir”.

Xatırladaq ki, Türkiyə mediası ötən ilki hərbi çevriliş zamanı H.Barkinin Türkiyədə olması iddia edir.