Bu gün bəzi elektron KİV-lərdə etibarlı mənbəyə istinadən Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri İsmayılov Bəxtiyar Məmməd oğlunun bıçaqlanması ilə bağlı məlumat yayılıb. Azinforum.az Naxçıvandakı çox mötəbər bir neçə mənbə ilə bu məlumatın doğru olub-olmamasını aydınlaşdırıb. Saytımıza bildirilib ki, Bəxtiyar müəllimin bıçaqlanmasına dair yayılan xəbər həqiqətə uyğun olmayan dezinformasiyadı:
“Bəxtiyar müəllim çox nümunəvi dövlət qulluqcusu olduğu üçün, ona bu məsul vəzifədə çalışmaq tapşırılıb. Bu statusda olan adamın adının anoloji hadisəsədə hallanması gülməli görünür. Bu, eyni zamanda həmin məlumatı yayanlar üçün ciddi hüquqi məsuliyyət yarada biləcək bir əməldir. Mötəbər vəzifə daşıyan adamın adının heç bir əsas və dəlil olmadan hansısa kriminal hadisədə hallandırmaq qanunvericiliyin də tələblərinə ziddir. Bəxtiyar İsmayılov adi günlərdə olduğu kimi, bu gün də öz işinin başında olub”.
Azinforum.az bildirir ki, Bəxtiyar İsmayılov hazırda daşıdığı vəzifəsindən əvvəl 10 il Naxçıvan Dövlət Statistika Komitəsinə rəhbərlik edib.