Cavid Qurbanov baş nazirlik yolunda?!

0
5

Deputatın  xüsusi təqdimatının arxasındakı səbəblər…

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri, millət vəkili Cavid Qurbanov baş nazirlik postu uğrunda gedən gərgin rəgabətdə digər rəqiblərindən xeyli önə çıxıb. Xatırlayırsınızsa, o, hazırki vəzifəsinə təyin olunan zaman Millətim.info olaraq yazmışdıq ki, C.Qurbanova “baş dəmiryolçu”luq tramplin rolunu oynayacaq. Xüsusi olaraq vurgulamışdıq ki, Dəmiryol Vağzalının tikintisi C.Qurbanov üçün sınaq müddəti olacaq. Görünən odur ki, proqnozlarımız doğrulanmaq üzrədir.

2

Beləki, son günlər C.Qurbanovun xüsusi təqdimatına start verilib. Deputat həmkarları onu bir növ “bəy tərifi”nə tutublar. Deputat Zahid Oruc öz həmkarı barədə elə təmtəraqlı danışıb ki, guya, C.Qurbanov təcrübəli dövlətçidir: “Cavid Qurbanov ölkə başçısının strateji planlarına yüksək təşəbbüskarlıq və çevikliklə reaksiya verməyi bacaran insan kimi tanınır. O,dövlətçi bir adamdır.” Deputat onun təyinatını müqayisəolunmaz uğur kimi qiymətləndirib.

C.Qurbanovun digər deputat həmkarı da Z.Orucdan geri qalmayıb. Çingiz Qənizadə “baş dəmiryolçunu” elə ustalıqla zirvəyə qaldırıb ki, bu çoxlarını təəccübləndirib:”Cavid müəllimin peşəkar fəaliyyəti, yüksək təşkilatçılıq və idarəçilik bacarığı, qabiliyyəti imkan verir və verəcək ki, Azərbaycan bu istiqamətdə qarşısına qoyduğu məqsədlərinə tezliklə çatsın, böyük layihələri vaxtında və zamanında uğurla reallaşdıraraq, Azərbaycanımızın inkişafına müstəsna töhfələrini versin”.

3

Göründüyü kimi, həmkarları az qala C.Qurbanovu “dağı dağ üstünə qoymuş” bir qəhrəman kimi təqdim etməyə çalışıblar. Səthi bir təhlil söyləməyə əsas verir ki, artıq, C.Qurbanov baş nazirliyin astanasındadır və məqsədinə yetişmək üçün planlı təbliğat kampaniyasına başlanılıb. Ona yaxın bir çox KİV-lərin canfəşanlığı belə bir kompaniyanın başlandığını təsdiq edir. Digər bir mötəbər mənbə isə C.Qurbanovun vitse prezidentlik uğrunda çalışdıgını söyləyib. Bu təyinat Dəmiryol Vağzalının təmirindən sonra baş tuta bilər.

 

Turan Türk