Hər il fevralın 4-də Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü qeyd olunur.
Teleqraf.com xəbər verir ki, Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib.
Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv verdiyini bir daha dünyaya xatırlatmaqdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, dünyada hər il 8,8 milyon insan gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir.
Təşkilatın hesabatında qeyd edilib ki, onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edilsə, tam müalicə olunar. Ölüm halları bu xəstəliyin 3 və 4-cü mərhələlərdə aşkar olunduğu zaman baş verir.