ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.
Tramp özünün “Twitter” səhifəsində aşağıdakıları yazıb:
“İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”.
Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini “qorxunc” adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.
Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.
APA