ABŞ-ın Kansas adlanan ərazisində köhnə hərbi sığınacağın qeyri-adi məqsədlə istifadə edilməsi qərara alınıb.
Moderator.az xəbər verir ki, köhnə istehkama milyonlarla ABŞ dolları xərcləməklə onu əla və super komforta sahib qərargaha çeviriblər.
Maraqlısı budur ki, həmin sığınacaq varlıları nə zamansa baş tutacaq qiyamət günündən qorumaq üçün inşa edilib. Qərargahda yalnız zənginlərin ala biləcəyi həmin sığınacaqlardan birinin qiyməti 1,5-3 milyon arasında dəyişir.
Texnologiya saytı olan CNET-in xəbərlərinə görə, həmin sığınacaqların hamısı zənginlər tərəfindən alıbın.
Yeraltı istehkama məsul olan inşaatın sahibi tələbləri nəzərə alaraq, yenidən başqa ərazilərdə qiyamət sığınacaqları salacaqlarını bildiriblər.
Qeyd edək ki, həmin hərbi qərargah 19600cı ildə nüvə sınaqları keçirmək və müəyyən təhlükələrdən qorunmaq üçün salınıb.