Cücərdilmiş buğdadan CAVANLAŞDIRICI QARIŞIQ

0
5

Müxtəlif vitaminlər, makro- və mikroelementlərlə zəngin olan cücərdilmiş buğda orqanizmə güclü cavanlaşdırıcı təsir edir.

Sizə cücərdilmiş buğda ilə çox faydalı cavanlaşdırıcı qarışığın reseptini təqdim edirik.

Hərəsindən yarım stəkan cücərdilmiş buğda, bal, qoz, hərəsindən 1/3 ç.q. üyüdülmüş darçın və zəncəfil götürülür. Qozla buğda blenderdə əzilir, bal, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırırlır. Gündə 2 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı soyuducuda saxlayın.

Bu qarışıq həmçinin qan, immunitet, qalxanvari vəzi üçün də çox faydalıdır, dərinin və saçların vəziyyətini yaxşılaşdırır.