Soyuq qış günlərində evi qızdırmağın səmərəli yolları

0
5

Sizə soyuq qış günlərində evinizi səmərəli şəkildə qızdıra biləcəyiniz bəzi məsləhətləri təqdim edirik.

 

1.Tez-tez batareyalardan ayrılan istilik divar vasitəsilə otağa keçən soyuqla neytrallaşır. Bu isə istiliyin itki ilə üzləşməsi anlamına gəlir. Bunun qarşısını almaq üçün divarın batareyanın arxa tərəfində yer alan hissəsinə radiatorun ölçüsündən nisbətən böyük folqa parçası yapışdırın. Bu fənd məkandakı temperaturun 2-3 dərəcə artmasına yardımçı olacaq.

 

 

2.Belə bir əşyanın qapının alt hissəsinə yerləşdirilməsi yelə otağa daxil olmağa imkan verməyəcək.

 

 

3.Mətbəx sobasında xörək hazırladıqdan sonra qapısını açıq saxlayın. Bu otağa əlavə istinin daxil olmasına imkan verəcək.

 

 

4.Əgər məkanda həddən artıq soyuqdursa, o zaman belə bir ekoloji qızdırıcı düzəltmək olar: elektrik enerjisindən istifadə edilmir, istilik isə bir otağı qızdırmağa kifayət edir. Lakin bu zaman təhlükəsizlik tədbirlərinə maksimal dərəcədə riayət etmək lazımdır!

 

 

5.Günəşli günlərdə otağa maksimum işıq və istilik daxil olması üçün pərdələri açın. Lakin Günəş buludlar arxasında gizləndiyi vaxtlarda pəncərələr əksinə olaraq mənzilin soyumasında vasitəçi olur. Belə vaxtlarda onların qarşısını sıx qara parçadan pərdə ilə örtmək lazımdır.

 

 

6.İstiliyin yayılmasına mane olmaması üçün mebeli radiatordan kənara çəkin, yeri gəlmişkən, şkafları soyuq divarlar boyu yerləşdirmək olar.

 

 

7.Hündür xovlu xalçalar 1 dərəcəyə qədər isti saxlayır.

 

 

8.İsti vanna və ya duş qəbul etdikdən sonra vanna otağı qapısını açıq saxlayın.