ABŞ prezidenti Donald Trampın administrasiyası antirusiya sanksiyalarının ləğvi ilə bağlı lazımı sənədləri hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Atlantic Council analitik mərkəzinin elmi işçisi Fabris Potye özünün tvitter hesabında yazıb.
Bundan başqa, sanksiyaların ləğvi ilə bağlı sərəncam hazırlandığını Amerikanın Politico nəşrinin əməkdaşı da təsdiqləyib.
Xatırladaq ki, Rusiya ilə qərb ölkələri arasında əlaqələr 2014-cü ildə Ukraynadakı situasiyaya görə pisləşmişdi.