Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.
Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunlar fonunda nifrəti daha da alovlandırılmasının lazımlı olmadığı vurğulanıb.
“Bu qanun, işləndiyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda, qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı ifadələrin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”, – deyə qərarda bildirilir.
Qanunun Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.
Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun, yekun qərarın qəbul olunması üçün, Konstitusiya Məhkəməsinə göndərilmişdi. (APA)