Gülər Əhmədova:“Dəyanətin ölümündə özümü günahkar sayıram”

0
8
“Dəyanətin intihar edə biləcəyini ağlımdan da keçirməzdim”.

Bu sözləri BakiPost.az-a son vaxtlar onunla birgə işləyən sabiq deputat, psixoloq Gülər Əhmədova deyib.

O bildirib ki, həmkarı son vaxtlar depressiyada olub: “Mənim onun əvvəl də intihara cəhd etməsi ilə bağlı məlumatım yoxdur. Amma son vaxtlar depressiyada idi. Bizim dörd tərəfimiz psixoloq idi. Mənə deyirdi ki, görüşək. Müəyyən konsultasiyalar edək. Bir iki dəfə görüşmüşdük. Amma düşünmürdüm ki, o, belə bir şey edər”.

Gülər Əhmədova Dəyanətin intiharında özünü də gunahkar saydığını deyib:“Özümü hardasa günahkar sayıram. Bəlkə də ona çox vaxt ayırmalı idim. Mən xəstələndiyim üçün Yeni il qabağı bir az uzaqlaşdım. Ona dedim ki, sonra görüşərik. Amma yanında başqa psixoloqlar var idi. Ümumiyyətlə, biz gərək çox diqqətli olaq. İstər psixoloq, istərsə də adi vətəndaş olaraq. İnsanlara onu demək istəyirəm ki, ətraflarındakı insanlara qarşı diqqətli olsunlar”.

Qeyd edək ki, psixologiya elmləri namizədi və pedaqoq Gülər Əhmədova bir müddət öncə Dəyanət Rzayevin rəhbərlik etdiyi Psixoterapiya Mərkəzində fəaliyyətə başlayıb.