ABŞ öz vətəndaşlarına xəbərdarlıq etdi:“Türkiyəyə səfər etməyin!”

0
5
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfər etməməyə çağırır.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament ABŞ vətəndaşlarını əsasən Türkiyənin cənub-şərq vilayətlərinə səfər etməməyə, səfər edəcəkləri halda isə insanların kütləvi şəkildə olduğu yerlərdən, eləcə də məşhur turizm mərkəzlərindən uzaq olmağa çağırıb.

Bundan başqa, Dövlət Departamenrti İstanbula və Türkiyənin cənub-şərq vilayətlərinə rəsmi səfərlərin sayını azaldıb.