Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə təhdid dolu mesajlar göndərməsi ilə bağlı araşdırma başladılıb.
Strateq.az xəbər verir ki, bunu BakiPost.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib.
Bildirib ki, araşdırma bitdikdən sonra mətbuata geniş açıqlama veriləcək.
Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli isə məsələ ilə bağlı açıqlama vermək istəmədiyini deyib.
Qeyd edək ki, Aytəkin Zeynalova mesajlarında tələbələrə universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib. Bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq.