Suriyanın əl-Bab şəhəri uğrunda döyüşlərdə 5 Türkiyə hərbçisi öldürülüb.
Strateq.az xəbər verir ki, ötən ilin avqust ayından Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyada “Fərat qalxanı” adlı əməliyyat keçirir.
TSK Baş Qərargahı məlumatı təsdiqləyib. Əlavə olunub ki, terrorçuların qəfil hücumu nəticəsində 9 hərbçi də yaralanıb. Türkiyə ordusu ASO ilə birgə qisas əməliyyatına başlayıb.