Terrorçu “Reina”ya hücumunun səbəbini açıqladı

0
5
Reina” terrorçusu Maşaripovun hadisə gecəsi hücumu reallaşdırmadan əvvəl “Reina”nın internet saytına girib, “Google Earth” vasitəsilə klub haqda bütün xırda detalları araşdırdığı müəyyən edilib.

Maşaripovun suallara: “Türkcəni az bilirəm”, –  deyərək cavab verməkdən yayınmağa çalışması səbəbilə suallar ingilis dilində verilib.  Bunlara da cavab verməyincə eyni suallar rus dilində soruşulub və terrorçu “ötüb”.

“Niyə “Reina”ya hücum etdin?” sualına Maşaripovun: “Onlar kafir olduğu üçün oraya hücum etdim”, – dediyi, “Nə üçün qapıdakı polisi öldürdün?” sualına isə: “Əvvəl polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim”, – dediyi öyrənilib.

Terrorçu: “Əvvəllər adını eşitdiyim “Reina”nın qarşısından saat 22 radələrində keçdim. Təhlükəsizlik tədbirlərinin zəif olduğunu gördüyüm üçün buranı uyğun hesab etdiyimi təsdiqləmək üçün Rakkaya bildirdim. Razılıq veriləndə isə qaldığım evdəki silahı və əl bombası sandığım fləşbənqləri götürərək “Reina”ya gəlib, planımı reallaşdırdım”, – deyib.