AXCP sədrinin müavini məhkəmədə son sözünü deyib

0
5
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz deyib. F. Qəhrəmanlı ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, təqsirsiz olduğunu deyib.

Digər təqsirləndirilən Abbas Quliyev də son söz deyib və günahsız olduğunu bildirib. Sonra məhkəmə kollegiyası hökm çıxarmaq üçün qeyri-müəyyən vaxtadək müşavirəyə gedib.