Şok açıqlama! – ”Azərbaycana xaricdən gətirilən quş və quş əti məhsullarında “quş qripi” virusu var”

0
5

“Bugün Azərbaycan kənd təsərrüfatının inkişafının ləngiməsi nazir Heydər Əsədovun adı ilə bağlıdır”-bunu CNNBaku-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev söyləyib. O, bildirib ki, bugün bu sahədə vəziyyət ürəkaçan deyil:

“Bugün quş qripinə yoluxmuş ətlər, keyfiyyətsiz yumurtalar ölkəmizə idxal olunur. Niyə imkan vermirlər yerli ixracatımız inkişaf etsin?Heçmi xalqı düşünmürlər?DBX rəis əvəzi Azər Suleymanov hər ay nazir Heydər Əsədova 300 min manat verdiyini çəkinmədən deyir. Heydər Əsədov isə deyir ki, nazir olmaq üçün 8 milyon pul verib lazimi adamlara. Deməli, hədəfi dediyinə görə verdiyi pulu “çıxarmaqdır?”

“Baytarlıqda konkret olaraq rüşvətxorluq hökm sürür. Hən məntəqədə dana kəsimi üçün 50-60 manat pul alınır”- deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Azinforum.az