“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.
V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.
Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.