Soros ABŞ-da qanlı çevriliş hazırlayır?

0
5

Vaşinqton dairəsinin Milli qvardiyasının kommandiri, general -mayor Errol R. Şvarts çox maraqlı bir tarix, yanvarın 20-si yerli saatla 12:01-də istefaya göndəriləcək. 

Washington Post qəzetinin verdiyi xəbərə görə, general-mayorun istefası yeni seçilmiş ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə təsadüf edir.
 
Maraqlıdır, bu, sadəcə təsadüfdürmü?
Məsələ ondadır ki, ABŞ-da  Milli Qvardiya daha çox asayişin və sabitliyin keşiyində durur.  Şvarts Trampın andiçmə mərasiminin keçiriləcəyi 20 yanvar tarixində asayişin qorunmasına cəlb edilmiş minlərlə qvardiyaçının hərəkət və dislokasiya planının hazırlanmasında şəxsən iştirak və rəhbərlik etmişdi. Andiçmə mərasimi vaxtı Şvarts nəinki Vaşinqtonda yerləşən minlərlə qvardiyaçının, eyni zamanda ölkənin dörd bir tərəfindən paytaxta gətirilmiş 5000 silahsız qvardiyaçının və mərasimin keçirildiyi şəhərə havadan nəzarət edən hərbi aviasiyaya komandanlıq etməli idi.
Şvartsın özünün mətbuata verdiyi müsahibədə onun istefaya göndərilməsi, səlahiyyətlərinə son verilməsi vaxtının kifayət qədər maraqlı və düşündürücü olduğunu deyib: “Mənim əsgərlərim küçələrdə olacaq. Mən onları yola salsam da artıq qarşılaya bilməycəm. Səlahiyyətlərimin “döyüş vaxtı” əlimdən alınacağı heç ağlıma gəlməzdi”.
Şvartsın sözlərinə görə, onun istefa əmri Müdafiə Nazirliyindən gəlib və bu əmri konkret kimin verdiyini bilmir. Qeyd etmək lazımdır ki, Milli Qvardiya kommandirlərini qubernatorlar təyin edir və yalnız Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində bu, birbaşa prezidentin səlahiyyətindədir.
Görəsən, Trampın andiçmə günü asayişə birbaşa nəzarət edəcək adamın məhz həmin gün istefaya göndərilməsi nəyə və kimə lazımdır? 
 
Məsələ ondadır ki, Trampın radikal əleyhdarları andiçmə günü iğtişaşlara, nümayişlərə hazırlaşırlar. Onlar bu addımlarını “Amerika tarixindəki ən böyük etiraz” olaraq adlandırır və prezidentin andiçməsinə mane olacaqlarını xəbərdarlıq edirlər. Bəziləri buna vətəndaş müqaviməti desə də, hazırlanan aksiya iştirakçılarının bir çoxu açıq aşkar “blokadalar, barrikadalar, daş-qalaq  və  bütün şəhəri iflic etməklə” hədə qorxu gəlirlər.
Image result for DisruptJ20
Etirazçıların əsas nüvəsi “DisruptJ20” (Yanvarın 20-sini poz! ) adlı qrupda birləşirlər. “Biz andiçmə mərasimini pozacağıq. Biz bunu açıq deyirik ki, şəhərin (Vaşinqton) tarixində heç olmamış iflic vəziyyəti yaradacağıq. Şəhərə girişləri və andiçmə paradının keçiriləcəyi yerə olan bütün yolları bağlayacağıq. Biz hakimiyyətin dinc yolla keçməsinə qarşıyıq və bunu dayandırmalıyıq” deyə qrupun aktivistlərindən Leqba Karrefur tərəfdaşlarına çağırış edib. Əgər Karrefur və onun tərəfdaşları istədiklərinə nail olsalar, bu Amerika tarixində misli görünməmiş bir hadisə ola bilər.
Maraqlıdır ki, Tramp əleyhdarlarının başında daha çox Hollywood ulduzları, cinsi azlıqlar, liberallar və demokratlar dayanır. Bəs bütün bu işlərə maliyyə buraxanlar kimlərdir?
Xatırladaq ki, daha əvvəl Trampın seçki qərərgahı rəsmi olaraq beynəlxalq maliyyə fırıldaqçısı və sələmçi Corc Sorosu Amerikada iğtişaşlar yaratmağa cəhd etməkdə günahlandırmışdı. Onun üçün “ABŞ-ın Ukrayna olmadığını və orada etdiyi kimi Amerikada da dövlət çevrilişi həyata keçirəbilməyəcəyi” ilə bağlı xəbərdarlıq etmişdi. 2000-ci illərin əvvəllərində Serbiyada, Gürcüstanda, Ukraynada və Qırğızıstanda “rəngli inqlab” olaraq bilinən dövlət çevrilişlərində, müəyyən qlobal qüvvələrin birbaşa əmrini yerinə yetirən milyarder Sorosun dayanması həqiqəti bu gün demək olar ki, şübhə doğurmur. Maraqlıdır ki, həmin ölkələrdəki dövlət çevrilişi də məhz seçkilərdən sonra baş vermişdi.
Image result for
Beləliklə 20 Yanvar tarixinə günlər qalmış ən maraqlı suallar bunlardır: Donald Trumpın əleyhdarları həqiqətən də qətiyyətli addımlar atmağa hazırdırlarmı? Əgər belədirsə, ABŞ-ın hüquq mühafizə orqanları bu addımların qarşısını almağa hazırdırlarmı? Əgər Trump əleyhdarları həqiqətən də qətiyyətli deyillərsə, o zaman etiraz aksiyaları Trampın şəklinin yandırılmasından o tərəfə keçməyəcək ki, bu da Amerika üçün ən yaxşı variantdır. Yox əgər hər iki tərəf qətiyyət nümayiş etdirəcəksə, ABŞ-ı son dövrlərin ən qanlı və ciddi qarşıdurmaları gözləyir. Onu da nəzərə alsaq ki, andiçmə mərasiminin keçiriləcəyi Kolumbiya dairəsində Trampın rəqibi Hillari Klinton düz 90,9% faiz səs toplamışdı. Demək etirazların sosial bazası kifayət qədər geniş ola bilər. Yox əgər, Serbiya, Gürcüstan, Ukrayna və Qırğıstandakı kimi asayiş qüvvələri geri addım atsalar və nümayişçilər Ağ ev olmasa belə digər hökümət binalarını ələ keçirə bilsələr, hadisələr çox gözlənilməz məcrada inkişaf edə bilər.