Er­mə­nis­tan İra­na qa­çaq spirt da­şın­ma­sı­nın bö­yük mən­bə­yi­nə çev­ri­lir

0
7

Ra­miz Ta­ğı­yev: “Çox gü­man ki, ke­çi­ri­lən spirtli iç­ki­lə­rin bö­yük ək­sə­riy­yə­ti İra­qa apa­rıl­sa da, bir his­sə­si İra­nın da­xi­lin­də re­a­li­zə edi­lir”

“Dü­şü­nü­rəm ki, İra­nın əla­qə­dar qu­rum­la­rı bu fak­tın ic­ti­ma­i­ləş­mə­sin­dən son­ra sər­həd­lə­ri­nə da­ha cid­di nə­za­rət edə­cək”

İraq kürdlə­ri hə­ya­tı­nı təh­lü­kə­yə ata­raq Er­mə­nis­tan­da əl­də et­dik­lə­ri spirtli iç­ki­ni qa­çaq­mal yo­lu ilə İra­na ke­çi­rir. Be­lə bir xə­bər­lə “Fox News” qə­ze­ti çı­xış edib.
Qə­ze­tin yaz­dı­ğı­na gö­rə, bu əmə­liy­yat­da hər ay azı 15 nə­fər hə­ya­tı­nı iti­rir. Xə­bə­rə gö­rə, yüz­lər­lə in­san hər ay pi­ya­da və ya at­la kürd kontra­ban­da­çı­la­rı qar­şı­la­ya­raq qa­da­ğan olun­muş ma­lı on­lar­dan qə­bul edir. Gə­ti­ri­lən ma­lın bö­yük his­sə­si Er­mə­nis­tan­da əl­də olu­nur. Bu əmə­liy­yat­da İraq kürdlə­ri­ni ən çox ma­raq­lan­dı­ran mar­ka­la­rın isə “Ab­sol­yut” ara­ğı, “Johnnie Wal­ker” vis­ki­si və əl­də­dü­zəl­mə “Grey Go­o­se” iç­ki­si ol­du­ğu bil­di­ri­lir.
İra­nın əla­qə­dar da­i­rə­lə­ri­nin bu­nun­la la­zı­mi şə­kil­də mü­ba­ri­zə apar­ma­ma­sı nə ilə bağ­lı­dır?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, İra­nın bu sa­hə­də­ki zə­if­li­yi tə­əc­cüb do­ğu­rur:

“Biz də­fə­lər­lə bu fak­tı vur­ğu­la­mı­şıq ki, İran­la Er­mə­nis­tan ara­sın­da olan sər­hə­din bö­yük his­sə­si­nə nə­za­rət edil­mir. Bu­nun­la ya­na­şı, Araz ça­yı qı­ra­ğın­da İran­la həm­sər­həd bə­zi Azər­bay­can ra­yon­la­rı­nın iş­ğal edil­mə­si bi­zim hə­min sər­həd­lə­rə nə­za­rə­ti­mi­zi müm­kün­süz edir. Hə­min sər­həd­lər va­si­tə­si­lə Azər­bay­ca­na məx­sus olan bə­zi mal­la­rın da iş­ğal zo­na­sın­dan ta­la­na­raq baş­qa öl­kə əra­zi­si­nə ke­çi­ril­mə­si ba­rə­də faktlar olub. Hət­ta la­zı­mi şə­kil­də mü­ha­fi­zə olun­ma­yan sər­həd­lər­dən nar­kot­ra­fik üçün is­ti­fa­də olun­du­ğu­na da­ir çox­say­lı fakt möv­cud­dur. İn­di isə bu fak­tın möv­cud­lu­ğu­nu dün­ya­nın ən məş­hur nəşrlə­ri ya­zır. İran te­ok­ra­tik bir öl­kə­dir, onun sər­həd­lə­rin­dən spirtli iç­ki­nin da­şın­ma­sı sər­həd­lə­rin po­zul­ma­sı ci­na­yə­ti­lə ya­na­şı, ey­ni za­man­da İra­nın qu­ru­lu­şu­na xə­ləl gə­ti­rir. Çox gü­man ki, ke­çi­ri­lən spirtli iç­ki­lə­rin bö­yük ək­sə­riy­yə­ti İra­qa apa­rıl­sa da, bir his­sə­si İra­nın da­xi­lin­də re­a­li­zə edi­lir. Dü­şü­nü­rəm ki, İra­nın əla­qə­dar qu­rum­la­rı bu fak­tın ic­ti­ma­i­ləş­mə­sin­dən son­ra sər­həd­lə­ri­nə da­ha cid­di nə­za­rət edə­cək”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ