Yük gəmisində olan yanğın araşdırılır –Operativ müdaxilə nəticəsində tüstülənmənin qarşısı alınıb

0
6

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Akademik Zərifə Əliyeva” adına gəmi-bərəsində baş verən tüstüləmə ilə bağlı məlumat yayıb.

QSC-dən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” adına gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.

Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.

Məlumatda deyilir ki, “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir. Gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır.

Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədirlər.