Rusiya XİN-dən Azərbaycanla bağlı AÇIQLAMA

0
5

“Rusiya-Azərbaycan münasibətləri 2017-ci ildə yüksələn xətlə inkişaf edəcək”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN rəsmisi Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə suala cavabında bildirib ki, 2017-ci ildə iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək: “Biz Azərbaycan ilə münasibətləri inkişaf etdiririk. Rusiyanın xarici siyasətini müəyyən edən bütün müvafiq istiqamətləndirici sənədlərdən göründüyü kimi, Azərbaycan ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edəcək. Biz ötən il siyasi, iqtisadi, humanitar sahələrdə bir çox məsələlərin həllini nəzərdə tutmuşuq və onlar bu il öz həllini tapacaqdır”.