Blogger Mehman Hüseynov sərbəst buraxılıb.
Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb.
“Mehman Hüseynov İXM-NİN 535.1 ci maddəsilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum olundu. Azadlığa buraxıldı” – deyə vəkil Elçin Sadıqov bildirib.