Onkoloji xəstəlikdən əziyyət çəkən 2 yaş yarımlıq uşağını müalicə etdirmək umun Türkiyəyə gələn azərbaycanlı ailə nə müalicəyə, nə də qayıtmağa pul tapa bilmir. Naxçıvandan olan Səbuhi və Gültəkin Cəfərovlar ailəsinin oğlu Tahirdə xərçəng xəstəliyinin 4 aylıq olarkən aşkarlandığını bildiriblər.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə uşağın sağalması üçün əllərində olan hər şeyi sataraq iki il ərzində Türkiyə ilə Naxçıvan arasında qalıblar. Buradakı müalicənin Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında davam etdirilməsi üçün borca düşüblər.
Əllərində olan bütün pulları qurtardığına görə ailə qaldıqları otelin pulunu da ödəyə bilməyib. Cavadovlar ailəsinin imdadına Altındağ Bələdiyyəsi yetişib. Bələdiyyə özlərinə məxsus qonaq evində xəstəliklə mübarizə aparan ailənin qalması üçün şərait yaradıb. Bundan başqa, ailənin müalicə olnduğu xəstəxanaya da xeyli borcu yaranıb. Bu səbəbdən kömək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə Səhiyyə Nazirliyinə müraciət edən ailə onlardan kömək gələcəyinə ümid edir.
“Oğlum Tahir 4 aylıq olanda qarnında şişkinlik yarandı. Müayinə zamanı məlum oldu ki, uşağın beynində xərçəng var. Naxşıvanda onkoloji xəstəxana olmadığına görə, əvvəlcə Ərzuruma, oradan da Hacettepe Universitetinə gəldik. Biopsiya götürüldü və bir kurs kimya terapiyası aldıq. Sonra Azərbaycana qayıtdıq, amma uşağın vəziyyəti daha da pisləşdi. Oradakı həkimlər kimyaterapiya verə bilmərik, uşaq yaşamaz dedilər. Bu dəfə uşağın üzündə şiş yarandı. Yenidən Ərzuruma qayıtdıq. Əgər həmin vaxt kimya alsaydıq, uşaq sağalacaqdı. Uşağın əməliyyat olunmalı olduğunu dedilər. İndi nə müalicəyə, nə də kəndimizə qayıtmağa pulumuz var. Xəstəxanaya da borclanmışıq”, – deyə ata bildirir.
Naxçıvanda 100 dollar maaş aldığını deyən ata artıq işləmədiyiniə görə o maaşdan da olub. Körpənin ağrılarına dözə bilmədiyini deyən anası G. Cavadova da yardım üçün imkanı olan olan şəxslərdən kömək istəyir.