Rəsmi Ankara ümid edir ki, ABŞ-ın yeni administrasiyası Türkiyə ilə münasibətlərdə bundan əvvəlki səhvlərə yol verməyəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu IX Səfirlər konqresinin iclasında deyib. Nazir qeyd edib ki, Türkiyə ABŞ siyasətinin iki məsələdə dəyişəcəyinə ümid edir: “Onlardan birincisi, Fəthullah Gülənin və tərəfdarlarının Türkiyəyə ekstradisiyasıdır. İkincisi isə ABŞ-ın terrorçu PKK təşkilatının tərkib hissəsi olan “Kürd xalq özünümüdafiə bölmələri” (YPG) qruplaşması ilə əməkdaşlığının dayanadırılmasını nəzərdə tutur”.