“Türkiyədə baş verən terror hücumları hakimiyyəti yıxmaq məqsədi ilə təşkil edilir. Türkiyə son dövrlər Amerikanın bütün planlarını pozur. Qərb mətbuatında Ərdoğan əleyhinə yazılan məqalələr də bu səbəbdəndir”.
Bunu Vətən Partiyasının sədri Doğu Perinçək deyib.
Perinçək Türkiyədə son vaxtlar baş verən terror aktlarında Qərbin əlinin olduğunu bildirib: “Qərb ölkələri Rəcəb Tayyib Ərdoğanı diktator kimi göstərib, türk xalqının əli ilə hakimiyyətdən salmaq istəyir. Ölkədə baş verən terror hücumları hökuməti yıxmaq məqsədi ilə təşkil edilir. Türkiyənin terror təşkilatlarına qarşı savaş açması onları ciddi narahat edir. Ordumuzun FETÖ, PKK, İŞİD kimi terror təşkilatlarının üzərinə getməsini xoşlamırlar. Bu səbəbə görə, Türkiyəni hökumət böhranına soxub, mövcud hakimiyyəti devirmək istəyirlər”.