“ABŞ Rusiya ilə Vladimir Putin ucbatından əlaqə qura bilmir”.
Bunu “Vol Strit Jurnal” qəzetinə müsahibəsində ABŞ Müdafiə naziri Eşton Karter söyləyib.
O, Rusiyanın Suriya əməliyyatını da tənqid edib:
“Moskva İŞİD-lə mübarizə üçün xüsusi heç nə etməyib. Onlar sadəcə Suriya hökuməti ilə birləşib, müxalifətlə döyüşürlər. Biz Rusiyaya qarşı Avropanı bundan sonra da qorumalıyıq. NATO-nu parçalamaq Moskvanın əsas istəklərindən biridir”.
Axar.az