Türkiyədə “Reina” klubunda terror törədən şəxs uyğurdumu? –Açıqlama

0
3

Türkiyədə yeni il gecəsi “Reina” gecə klubuna hücum edən şəxsin milliyyəti məlum olub.

APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin köməkçisi Veysi Kaynak açıqlama verib.

O bildirib ki, terrorçunun milliyətcə uyğur olma ehtimalı yüksəkdir.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

Ölənlərdən biri Rusiya vətəndaşı olan azərbaycanlı, yaralılardan ikisi isə Azərbaycan vətəndaşıdır. .