İzmir valisi:””Kalaşnikov”la silahlanan terrorçular ölü ələ keçirildi”

0
3
İzmir valisi Erol Ayyıldız terror hadisəsi ilə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, vali hadisənin polis əməkdaşlarının sayıqlığı nəticəsində daha böyük təlafatlara yol açmadığını deyib.

O bildirib ki, olay bomba yüklü maşını yoxlamaq amacı ilə saxlatdırılarkən baş verib:

“Təəssüf ki, hadisə nəticəsində bir polisimiz, bir də ədliyyə əməkdaşı şəhid olub. 5 yaralımız var. Allahdan onlara şəfa diləyirik.

Terroristlərə gəldikdə isə, onlar ölü ələ keçirilib. Biri də axtarılır. Onlardan “kalaşnikov” avtomatları, 8 əl bombası və digər silah-sursatlar aşkarlandı”.

Vali bildirib ki, hadisə yerində olan digər bir maşında da bomba aşkarlanıb: “Həmin bomba yüklü maşın da kontrollu şəkildə zərərsizləşdirildi”.

Vali onu da deyib ki, ilkin ehtimala görə, hadisəni PKK törədib.