Terrorçunun ilk hədəfi “Taksim” olub- Bir neçə pasportu var, professional sui-qəsdçidir

0
3
Yeni ilin ilk saatlarında «Reina» əyləncə məkanında qətliam törədib İstanbulu qana boyayan terrorçunun ilk hədəfi «Taksim» meydanı olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçu 10 gün «Taksim» meydanının yerləşdiyi İstiqlal prospektində kəşfiyyat aparıb.

Lakin ərazinin çox ciddi şəkildə mühafizə olunduğunu görəndən sonra istiqaməti dəyişərək «Reina»nı hədəf seçib.

Terrorçunun birdən artıq pasport daşıdığı və professional sui-qəsdçi olduğu da təsbit edilib.