Türkiyənin MHP partiyasının sədr müavini, millət vəkili Atilla Kaya partiyadan istefa verib.
Bir vaxtlar Dövlət Bahçelinin partiyanı əmanət etdiyi Atilla Kaya təmsil etdiyi partiyanın Türkiyədə konstitusiyasının dəyişdirilməsi ilə bağlı AKP-nin hazırladığı layihəni dəstəkləməsinə etiraz olaraq istefa verdiyini açıqlayıb.
Atilla Kaya Türkiyədə dövlət idaretmə sisteminin dəyişdirilərək parlament idarəetməsindən prezidentlik üsulidarəsinə keçilməsini nəzərdə tutan layihənin əleyhinə səs verəcəyini bəyan edib.