Bağdadda İraq müftisinə qarşı sui-qəsd oldu –Dini rəhbər xəstəxanaya aparıldı

0
5
Bağdadda İraq  muftisi Mahdi əs-Sümedayiyə qarşı sui-qəsd cəhdi olub.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mənar” telekanalı xəbər yayıb. Muftinin korteji “Umm Tabbul” məscidi ərazisindən çıxan zaman minalanmış avtomobil partladılıb. Muftinin mətbuat katibi Şeyx əs-Sümeydayın sağ qaldığını, partlayışdan dərhal sonra dərhal xəstəxanaya çatdırıldığını bildirib. Onun vəziyyəti barədə hələ ki, məlumat yoxdur.