“ABŞ tərəfindən YPG terror təşkilatının silahla təchiz olunması qəbuledilməzdir”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezidentin sözlərinə görə, Türkiyə terrorçulara qarşı mübarizədə NATO ölkələrindən heç bir dəstək görmür.
Ərdoğan deyib: “Eyni zamanda Qərb utanmadan yalan deyir ki, Türkiyə İŞİD terror təşkilatını dəstəkləyir. Əslində isə Türkiyə İŞİD-ə qarşı genişmiqyaslı mübarizə aparır”.
Ərdoğan qeyd edib ki, müxalif Azad Suriya Ordusunu (ASO) terror təşkilatları sırasına daxil etmək olmaz. O, Türkiyənin ASO-nu dəstəkləməkdə davam edəcəyini bildirib.
Trend