Jurnalist Mehman Hüseynov daha bir deputatın villasının görüntülərini paylaşıb.
Deputat Mirzəcan Xəlilovun villasında işləyən fəhlələr deputatdan şikayətçidirlər.
“9 ay 20 nəfər fəhlə ilə gecə-gündüz oranı işlədik, axırda da 55 min manat zəhmət haqqımızı ala bilmədik”, – bu sözləri usta-briqadir Zülfüqar Əliyev deyib.
O bildirib ki, Sumqayıtın deputatı heç bir səbəb açıqlamadan fəhlələrin pulunu vermir.