ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Barak Obamanın imzaladığı fərmanların 70 faizini ləğv edəcək.
TASS-ın verdiyi məlumata görə, bunu Fox News telekanalında Donald Trampın yaxın etibarlı şəxslərindən biri, Konqresin Nümayəndələr Palatasının keçmiş spikeri Qinqriç Nyut deyib.
N.Qinqriç B.Obamanın siyasətini tənqid edib.
“Barak Obamanın 60% – 70% faiz fərmanları Donald Tramp tərəfindən ləğv olunacaq”, – deyə Qinqriç Nyut vurğulayıb.
Keçmiş spiker onu da qeyd edib ki, bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur.