Dollar bahalaşmaqda davam etməsi sığorta məhsulları bahalaşdıracaq.
Bunu fins.az-a müsahibəsində “Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Uğur Çağlar deyib. Onun sözlərinə görə, 2016-cı ildə yaranan iqtisadi durum “Azərbaycan Sənaye Sığorta”ya da təsir edib:”Stabilliyimizi mənfəətli satışların kefiyyətini artıraraq, inzibati və təkrarsığorta xərclərin azaldılması hesabına qoruya bilmişik. İqtisadiyyatın durğun dövründə şirkətlər könüllü sığorta haqlarında endirimlər tələb edirlər. Belə olan halda biz də təkrarsığorta müqavilələrini yenidən gözdən keçirdik və əlavə könüllü sığorta növlərində endirimlər etdik, bu isə satışların məhsuldarlığına yaxşı təsir göstərdi”.
Bununla belə, şirkət rəhbəri əlavə edib ki,dolların bahalaşması ilə sığorta ilə əlaqəli mal və məhsullar, xüsusilə də xaricdən gətirilən avtomobillərin ehtiyat hissələri, dərman və tibbi ləvazimatlar bahalaşmaqda davam edir. Bunun sığorta haqqlarına təsir etməməsinə çalışırıq.Amma vəziyyət belə davam edərsə, xərclərin artması qarşılığında “Azərbaycan Sənaye Sığorta”da da 2017-ci ildə könüllü sığorta növlərində bahalaşma istisna deyil. Qiymət artımı təkcə, bir sığorta şirkətində deyil, bütün bazara sirayət edə bilər.