Siyavuş Novruzov səhhətində problemlər olması ilə bağlıməlumatlara aydınlıq gətirib

“Hazırda iş başındayam, səhhətimdə heç bir porblem yoxdur”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, səhhəti normaldırvə cərrahiyə əməliyyatı olunmayıb: “Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Amma nə yaş əməliyyat olunmaq yaşıdır, nə da hava elə havadır. Mən peşəkar idmançıyam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaqdan ötrü dərman içirlər, amma mən pəhriz və idmanla istədiyim qədər arıqlayıram. Eyni zamanda, istəsəm, kökələ də bilərəm, amma buna ehtiyac görmürəm”.