Prezident Administrasiyasının şöbə müdiri ağır itkiylə üzləşdi –Zeynal Nağdəliyevin qardaşı vəfat etdi

0
5
Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə ağır itki üz verib.

Şöbə müdirinin qardaşı Sahib Nağdəliyev vəfat edib. O, bu gün dəfn olunub. Yas mərasimi Heydər məscidində keçirilib.

Qeyd edək ki, Sahib Nağdəliyev Binəqədi bələdiyyəsi sədrinin müavini olub.